ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edə bilər

   ABŞ-da meymunçiçəyi ilə əlaqədar fövqəladə vəziyyət elan edə bilər
  28 İyul 2022    Oxunub:1109
ABŞ prezidenti Cozef Baydenin administrasiyası yaxın günlərdə meymunçiçəyini ictimai səhiyyədə fövqəladə vəziyyət elan edəcək.
Bu barədə məlumatlı mənbələrə istinadən “Politico” xəbər yayıb. Elanın həftənin sonunda veriləcəyi gözlənilir. Bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) meymunçiçəyinin dünyanın 50-dən artıq ölkəsinə yayılmasını nəzərə alaraq bu virusla bağlı “beynəlxalq əhəmiyyətə malik fövqəladə vəziyyət” elan etməsi də diqqət mərkəzində olacaq.

Qeyd olunub ki, koronavirus pandemiyasından fərqli olaraq, meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyətin elan edilməsi təxirəsalınmaz praktiki nəticələr doğurmasa da, bu dəyərləndirmə üzv dövlətlərin hökumətlərini virusun yayılmasının qarşısını almaq üçün tədbirlər görməyə çağırır. Buraya səhiyyə işçiləri və dövlət qurumlarını məsələ ilə bağlı həssaslığını gücləndirmək, şübhəli hallar müəyyən edilərkən müvafiq tədbirləri görmək və eləcə də əhali arasında yoluxmadan qorunmaq üçün maarifləndirmə işini gücləndirmək daxildir.


AzVision.az



Teqlər:





Xəbər lenti