Hesablama Palatası “Azərenerji”ni yoxladı
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Eyni zamanda, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Zərdab rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə və Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə birgə “Holcim (Azərbaycan)” tərəfindən dövlət büdcəsinin gəlirlərinin hesablanılması və dövlət büdcəsinə ödənilməsinin qanunvericiliyə uyğunluğuna dair Audit proqramları müzakirə edilərək təsdiq olunub.
Kollegiyada Palatanın cari fəaliyyəti ilə bağlı bir sıra məsələlər də müzakirə edilib.
AzVision.az