Çin aviaşirkətlərə xəbərdarlıq etdi: "Tayvan yaxınlığında uçmayın"

   Çin aviaşirkətlərə xəbərdarlıq etdi:    "Tayvan yaxınlığında uçmayın"
  03 Avqust 2022    Oxunub:897
Çin Asiyada fəaliyyət göstərən aviaşirkətlərə xəbərdarlıq edib. AzVision.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Pelosi ABŞ-ın Tayvana dəstəkdən vaz keçməyəcəyini bəyan etdi
Rəsmi Pekin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərinə cavab olaraq ada yaxınlığında hərbi təlimlər keçirdiyini bəyan edib. Bu səbəbdən də Çin aviaşirkətləri Tayvanın ətrafında uçuşlardan çəkinməyə çağırıb.

Çin avqustun 2-də hava yollarına rəsmi bildirişlər də göndərib. Nəşr yazır ki, məlumatda hava məkanının altı sahəsi "təhlükə zonası" olaraq təyin edilib.

Qeyd olunur ki, uçuşlar avqustun 4-ü saat 12:00-dan (yerli vaxtla) avqustun 7-si saat 12:00-a kimi məhdudlaşdırılacaq.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Çin   Tayvan  





Xəbər lenti