“Gallup” Ermənistanı insanların ən qəzəbli olduğu ölkə adlandırdı

   “Gallup” Ermənistanı insanların ən qəzəbli olduğu ölkə adlandırdı
  04 Avqust 2022    Oxunub:845
Nüfuzlu “Gallup International” təşkilatının 100 ölkədə apardığı sorğuların yekununa dair dünyada əhalinin ən çox qəzəbli olduğu ölkələrin siyahısı açıqlanıb.
“Gallup’s Global Emotions Report” adlanan hesabatda 2020-ci il avqustun 4-də Beyrutda baş vermiş dəhşətli partlayışdan sonra dərin böhran yaşayan Livan dünyanın ən əsəbi və qəzəbli ölkəsi olub. Bu ölkədə respondentlərin 49 faizi hakimiyyətə qarşı qəzəblərini ifadə ediblər.

Ermənistan “Gallup”ın siyahısında ən qəzəbli cəmiyyətin olduğu ölkələr sırasında üçüncü yerdədir. Burada respondentlərin 46 faizi İkinci Qarabağ müharibəsində məğlubiyyət və ağır sosial-iqtisadi böhranla bağlı hakimiyyətə və siyasətçilərə qarşı qəzəblidir.

Siyahıda əhalinin ən qəzəbli olduğu ölkələr sırasında İordaniya, İraq, Əfqanıstan, Mali və Sierra-Leone göstərilir.

AzVision.az



Teqlər:





Xəbər lenti