Deputatın qızı və qudası da işdən çıxarıldı

Deputatın qızı və qudası da işdən çıxarıldı
  29 Aprel 2014    Oxunub:1315
Milli Məclisin üzvü, Azərbaycan Dövlət İqtisad Universitetinin sabiq rektoru Şəmsəddin Hacıyevin qudası və qızı işdən uzaqlaşdırılıb.
Mia.az-ın xəbərinə görə, Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Şəmsəddin Hacıyevin universitetdəki yaxın ətrafı ilə bərabər, qardaşının qudasını da işdən çıxarıb.

Şəmsəddin Hacıyevin qudası, daha dəqiqi, qardaşının qudası olan Beynəlxalq İqtisadi münasibətlər fakültəsinin dekanı Müzəffər Məmmədovu da vəzifəsindən azad edib. Yeni rektor keçmiş rektorun qudası ilə yanaşı, onun bir neçə həmyerlisini və Universitetdəki istedadlar qrupuna rəhbərlik edən qızı Çeşmə xanımı da işdən uzaqlaşdırıb.



Teqlər:  



Xəbər lenti