Rus dilli abituriyentlər imtahan verdi

Rus dilli abituriyentlər imtahan verdi
  05 May 2014    Oxunub:1088
TQDK rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ötən gün Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Ağcabədi, Göyçay, Lənkəran, Şirvan və Xaçmaz şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə imtahan keçirib.

İmtahan eyni vaxtda - saat 13:00-da başlanıb və 45 dəqiqə ərzində aparılıb.

İmtahan bütün mərkəzlərdə təlimata uyğun şəkildə keçirilib, abituriyentlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiya tərəfindən imtahan protokollarının və cavab kartlarının emalı həyata keçirilir. Proses yekunlaşdıqdan sonra nəticələr elan olunacaq.

Qeyd edək ki, imtahanda 8215 abituriyent iştirak edəcək. Abituriyentlərin 3676 nəfəri oğlan, 4539 nəfəri qızdır. 5863 abituriyent orta ümumtəhsil müəssisələrinin bu ilki məzunu, 2352 nəfər isə əvvəlki illərin məzunlarıdır. 35 abituriyent ali təhsil müəssisələrinin məzunları, 363 abituriyent isə orta ixtisas təhsil müəssisələrinin məzunlarıdır.

Ən yaşlı abituriyent 1970-ci il təvəllüdlü, ən gənc abituriyent isə 1999-cu il təvəllüdlüdür.



Teqlər:



Xəbər lenti