Müğənni bu mahnının tarixcəsindən danışarkən deyib: "Hələ də "Twitter"də Elfidanın gənc qız olması ilə bağlı müxtəlif fikirlər deyilir. Birincisi "Elfida" sonradan verilmiş bir addır. Adı Beyzanur idi. Mən bu qızla 4 yaşında tanış oldum. Atası Murat Çelik fəhlə idi. Qızın sağalmaz xəstəliyi ilə mübarizə aparmaq üçün Cerrahpaşa Tibb Fakültəsinə gedirdim. Həkimləri görürdüm. Təfərrüatları danışmaq istəmirəm, amma çox çalışdıq.
Bir gün həkimlərdən biri mənə dedi: “Haluk bəy, bu qızdan ümidinizi kəsin”. Yanımda musiqiçi dostum Əmrah Aydoğdu var idi. Əmrah "Osmanlı türkcəsində Elfida vazgeçilən qadın deməkdir" dedi. Ola bilsin ki, onun dəqiq mənası yoxdur, amma anlayış kimi çox uyğun gəlirdi. Təbii ki, bir-birimizi qucaqlayıb ağladıq. Mən Beyzanuru çox sevirdim".
![]() |
Həp ağlımızda qalacaqlar: Hamını heyran edən şagird-müəllim duetinin tarixçəsi |
Bu duyğu ilə də Haluk Beyzanura "Elfida" mahnısnı yazıb. Daha sonra xəstəxanaya gedib və Beyzanura onun üçün yazdığı mahnını oxuyub. Lakin Beyzanur mahnını ona yazıldığından xəbərsiz dinləyib. "Elfida beni terketme sakın" cümlesinin yerinə isə Haluk Levent onun üzülməməsi üçün "Beni farketme sakın" cümləsini işlədib.
"Və mən oturub mahnının sözlərini yazdım. Hörmətli Emrah Aydoğdu da əlindən gələni etdi. Ömər Faruk Güney musiqisini bəstələdi. Beləcə, Beyzanurun son günlərində ona mahnı oxuyurdum, amma o mahnının ona həsr olunduğunu bilmirdi. Hansısa Elfida adında qiza aid olduğunu sanırdı. Təbii ki, balaca uşaq idi, son günlərində 8 yaşı vardı" - H. Levent o günləri xatırlyır.
Mahnıdakı "Omuzumda iz bırakma" cümləsi müğənninin özünün yaşadığı ağır günlərə işarədir. "Barı sən getmə" mənasına gəlir.
"Kim bilir, kaç yüzyıldır sarılmamış kolların" cümləsi isə ailəsinin uzun müddət onu ürəkdən qucaqlaya bilməməsini ifadə edir. "Mən onların əslində qucaqlaşdığını görməmişəm. O zaman şirkətlərim müflis olmuşdu. "Onsuz da batmışam, sıxıntılıyam Bəyzacım, nə olar, heç olmasa sən getmə" demək idi. "Dumanlı kirpiklərin, gözlərin yağışlı" - Bəyzanurun doğrudan da həyata tutunmağa çalışan yağışlı gözləri vardı..."- sənətçi yada salır.
Beyzanurun ölümündən sonra ailəsinin daha bir qız uşağı dünyaya gəlir və adını "Elfida" qoyurlar.
Sənətçinin sözlərinə görə, bu mahnını çoxları oxuyub. Amma o mahnıdan kommersiya məqsədləri üçün istifadə etməyib və kiməsə də icazə verməyib: "Bu başqa şeydi. Başqa bir "Akdeniz Akşamları" faciəsi yaşamaq istəmədim. Əslində əla mahnıdır. Ancaq hər kəs oxuya-oxuya elə bir yerə gətirib çıxartdı ki, artıq onu oxumaq içimizdən gəlmir. "Elfida"nın belə olmasını istəməzdim".
Şahanə Rəhimli
AzVision.az