Ziyafət Əsgərov də Minsk qrupundan narazıdır

Ziyafət Əsgərov də Minsk qrupundan narazıdır
  07 May 2014    Oxunub:1110
Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk qrupu ölkələrinin fəaliyyətinə münasibət bildirib.
Onun sözlərinə görə, Minsk qrupu bu istiqamətdə heç bir irəliləyişə nail olmayıb

“Çox təəssüf edirəm ki, münaqişənin həlli ilə əlaqədar yaranan Minsk qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib. Minsk Qrupuna daxil olan ölkələrin səfirləri Azərbaycana gəldilər-getdilər, bəyanat verdilər, hətta dedilər indi vaxtdır, bu münaqişəni həll etmək lazımdır. Amma çox təəssüf edirəm ki, Minsk Qrupu üzvlərinin hər iki ölkəyə səfəri heç nəyi həll etmədi. Ona görə də biz o fikirdəyik ki, bu problemin həllini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək”.

Nihadə Eyyubova
AzVision.az


Teqlər:  





Xəbər lenti