Nazirlikdən AzVision.az-a verilən məlumata görə, türklərin bu iddiası ilə bağlı araşdırma aparılır:
“Bu məsələ nazirliyin diqqət mərkəzindədir və biz bundan narahatıq. Hazırda bununla bağlı bizim mütəxəssislər çalışır, araşdırma aparılır. Tam dolğun faktlarla biz bu məsələdə rəsmi mövqeyimizi ortaya qoyacağıq”,-deyə İ.Hümbətov qeyd edib.
Azərbaycanda “Çırpınırdı Qara Dəniz” mahnısının Üzeyir Hacıbəyova məxsus olduğunu sübut edən heç bir faktın olmaması məsələsinə də münasibət bildirən nazirlik rəsmisi bildirib ki, artıq bununla da bağlı işlər aparılır:
“Mütəxəssislər, alimlər bu məsələ ilə də bağlı araşdırma aparıb, rəy verəcəklər”,-deyə MTN rəsmisi əlavə edib.

Sevinc İltifatqızı
AzVision.az