Səyyad Arana vəzifə veriləcək?

Səyyad Arana vəzifə veriləcək?
  07 May 2014    Oxunub:1225
Adı nurçu qalmaqalında hallanan Elşad İskəndərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsindən azad ediləndən sonra yeni sədrin kim olacağı haqda müxtəlif versiyalar səsləndirilir.
Sədrliyə namizədlər arasında Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu, sözügedən komitənin sədr müavini Səyyad Aranın da adı hallanır.

Hətta mətbuatda yer alan xəbərlərdə bildirilir ki, S.Aranın sənədləri dövlət başçısına təqdimat gedib.

Haqqın deyilənlərə aydınlıq gətirmək üçün S.Aranla əlaqə saxladıq. Komitə rəsmisi bu xəbəri nə təsdiq edib, nə də təkzib. O bu barədə ümumiyyətlə danışmaq istəmədiyini bildirib.

E.İskəndərov prezidentin sərəncamı ilə tutduğu vəzifədən azad edildikdən sonra onun səlahiyyətlərini Səyyad Aran icra edir.

Qeyd edək ki, S.Aran hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarındandır.

Fatimə
AzVision.az



Teqlər:  





Xəbər lenti