AMEA-da yeni təyinat: Nazim İmanova vəzifə verildi

Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilən elmi-tədqiqat işlərini “Azərbaycan-2020: gələcəyə baxış” inkişaf konsepsiyasına uyğun aparmaq və innovativ texnologiyaların tətbiqi istiqamətində lazımi işlər həyata keçirmək tövsiyə olunub.
İclasda həmçinin bildirilib ki, AMEA-nın Birləşmiş Veteranlar Şurası Akademiyanın 70 illik yubileyi ərəfəsində bir sıra tədbirlər həyata keçirəcək.
2015-ci il aprelin 17-də “Böyük Vətən müharibəsinin qələbəsində SSRİ alimlərinin rolu” mövzusunda beynəlxalq konfransın keçirilməsi AMEA-ya və Respublika Veteranlar Şurasına həvalə edilib.
Bundan əlavə Akademiyadan verilən məlumata görə, AMEA İqtisadiyyat İnstitutunun direktoru vəzifəsindən azad edilib. AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisadiyyat üzrə elmlər doktoru İsa Alıyev öz xahişi ilə tutduğu vəzifədən azad olunub. Bu haqda qərar AMEA Rəyasət Heyətinin bugünkü iclasında qəbul olunub.
Digər bir qərarla institutun direktoru vəzifəsini iqtisadiyyat üzrə elmlər doktoru Nazim İmanov icra edəcək. Belə ki, İqtisadiyyat İnstitutunun direktoru vəzifəsinin icrası iqtisad elmləri doktoru Nazim İmanova həvalə edilib.
Fatimə Kərimli