"Neft Daşları" yatağında yeni quyu qazılır

AzVision.az ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 2410 metr olan quyu Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılır.
Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil ediləcək.
Quyuda istismar işləri "Neft Daşları" NQÇİ tərəfindən həyata keçiriləcək.
Teqlər: