“Bayrağımız Şuşada dalğalanacaq”

“Bayrağımız Şuşada dalğalanacaq”
  08 May 2014    Oxunub:1112
"Bu gün bütün dünyada aparılan siyasət ədalətsizdir. Bizim torpaqlarımızı azad edəcək yolda arxalandığımız Azərbaycanın xalqı, Ordusu və Prezidentidir".
Bunu "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğalının 22-ci ildönümündə Şəhidlər xiyabanını ziyarət etdikdən sonra jurnalistlərə deyib.

B.Səfərov bildirib ki, nəyin bahasına olursa-olsun, Azərbaycanın xalqının, əsgərinin, Prezident, Ali Baş Komandanının rəhbərliyi altında torpaqlarımızı azad etməliyik: "Bir neçə gün bundan əvvəl möhtərəm Prezidentimizin Praqada Şərq Tərəfdaşlığı ölkələrinin dövlət başçılarının sammitində etdiyi çıxış bir daha sübut etdi ki, o, bütün türk xalqlarının lideri, aparıcı qüvvəsidir, onun rəhbərliyi və siyasəti ilə torpaqlarımıza qayıdacağıq".

B.Səfərov qeyd edib ki, ermənilər bilməlidirlər ki, kölgə altında qalmaqla müdafiəsizdirlər.

B.Səfərov bildirib ki, 1989-cu ilədək Şuşanın əhalisi 23 min nəfər olub. Onlardan 20 min nəfəri azərbaycanlılar, yalnız 3 min nəfəri ermənilər olub. İndi Şuşanın azərbaycanlı əhalisinin sayı 31 min 500 nəfərə çatıb: "Hamı bilir ki, Azərbaycan əhalisinin sayı indi 10 milyona yaxınlaşıb. 10 milyon əhalinin döyüşən oğulları bəs edər. Bugünkü ordumuz MDB məkanında ən müasir silahlarla təmin olunub. Azərbaycanda təkcə orduya ayrılan xərc bütün Ermənistanın büdcəsindən çoxdur. Azərbaycan inkişaf edir. Ölkədə görülən işlər bir daha sübut edir ki, Azərbaycan haradadır, Ermənistan harada? SSRİ tərkibində olduğumuz zaman qardaş xalqlar kimi yaşamağımıza aldanmışıq. Bu gün Azərbaycan müstəqil dövlətdir və Azərbaycan Prezidenti İlham Əliyev dünyada böyük uğurlar qazanıb. Möhtərəm Prezidentimizin dediyi kimi, Azərbaycanın bütün işğal altında olan rayonları azad ediləcək. Azərbaycanın uçrəngli bayrağı Şuşada Bayraq Meydanında dalğalanacaq".(Trend)


Teqlər:  





Xəbər lenti