SOCAR-dan yanğınla bağlı açıqlama- YENİLƏNİB

SOCAR-dan yanğınla bağlı açıqlama- YENİLƏNİB
  08 May 2014    Oxunub:1063
SOCAR-ın Bayılda tikdirdiyi məktəb yanır.
AzVision.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yanan məktəbin fotoları yayılıb.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi rəsmi məlumat yayıb. AzVision.az FHN-in nin rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Səbail rayonunda inzibati binada yanğın hadisəsi baş verib. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası cəlb olunmuş və aidiyyəti qurumlar məlumatlandırılıb.

Nazirlikdən bildiriblər ki, yanğınla bağlı əlavə məlumat veriləcək.
***
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) isə onlara məxsus heç bir təhsil müəssisəsində yanğın baş vermədiyi barədə məlumat yayıb.






Teqlər:  





Xəbər lenti