Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi
  08 May 2014    Oxunub:805
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən Müharibəsində qələbənin 69-cu ildönümü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Ans press-in məlumatına görə, Vladimir Putin Azərbaycan, Ermənistan, Belarusiya, Qazaxıstan, Qırğızıstan, Moldava, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, Cənubi Osetiya, həmçinin Böyük Vətən Müharibəsində qələbənin 69-cu ildönümüylə əlaqədar Gürcüstan və Ukrayna liderlərini də təbrik edib.

Təbrik müraciətlərində Vladimir Putin vurğulayıb ki, gələcək nəsillər üçün doğma torpaqlarını və dünyanı müdafiə etmiş bizim atalarımızın və babaların igidliyi – ümumi tarixin qəhrəman səhifəsidir: "Dövlət rəhbərləri Böyük Vətən Müharibəsinin hadisələri haqqında tarixi həqiqəti qoruyub saxlamağa borcudurlar. Bununla yanaşı veteranları qayğı ilə əhatə etmək, gənclərdə mənəvi və əxlaqi dəyərlərə ehtiyatlı münasibəti tərbiyə etmək lazımdır".

Rusiya dövlət başçısı qeyd edib ki, bu qələbə haqqında ümumi tarix həmişə xalqlar arasında konstruktiv əməkdaşlığın və regional sabitliyin, təhlükəsizliyin təminatının sonrakı inkişafı və dostluqların gücləndirilməsi üçün əsas olacaq.


Teqlər:





Xəbər lenti