Azay Quliyev ATƏT PA-nın vitse-prezidentilə görüşüb

Millət vəkili, ATƏT PA-nın Büro üzvü Azay Quliyev Almaniyanın ölkəmizin mühüm tərəfdaşlarından biri olduğunu bildirərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün beynəlxalq birliyin səylərinin artırılmasına ehtiyac olduğunu qeyd edib. Azay Quliyev Dağlıq Qarabağda erməni və azərbaycanlı əhalinin birgəyaşayışının təmin olunması və bölgənin gələcək statusunun müəyyənləşdirilməsi üçün iki icma arasında etimad mühitinin yaradılmasının vacibliyini vurğulayıb. Millət vəkili buna görə iki icmanın nümayəndələrinin görüşünün keçirilməsinin əhəmiyyətini bildirərək xanım Barnetden bu təşəbbüsü dəstəkləməyi xahiş edib.
Azay Quliyev Almaniya parlamentdə Cənubi Qafqaz ölkələri dostluq qrupunun fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycanın regiondakı siyasi və iqtisadi çəkisini, Almaniyanın əsas partnyoru və Ermənistanla münaqişə vəziyyətində olmasını nəzərə alaraq ölkəmizlə bağlı Bundestaqda ayrıca qrupun yaradılmasını təklif edib.
Doris Barnet səsləndirilən təkliflərə müsbət yanaşdığını və onların ətraflı öyrəniləcəyini söyləyib. Xanım millət vəkili ATƏT-in PA-nın 2014-cü ilin yayında Bakıda keçiriləcək 23-cü illik sessiyasına Almaniya nümayəndə heyətinin 13 deputatla, tam tərkibdə qatılacağını bildirib.
Görüşdə ATƏT-in PA-nın Bakıda keçiriləcək qarşıdakı sessiyası çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında müzakirələrin davam etdirilməsinin faydalı olduğu qeyd olunub.
Teqlər: