Zakir Həsənov İtaliya Senatının sədrilə görüşdü

Zakir Həsənov İtaliya Senatının sədrilə görüşdü
  09 May 2014    Oxunub:948
Mayın 8-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliya Respublikası Senatının Müdafiə Komissiyasının sədri cənab Nikola Latorreni qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan-İtaliya hərbi, hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə İtaliya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Campaolo Kutillo da iştirak edib.


Teqlər:  





Xəbər lenti