Sabah Bakının mərkəzində yürüş olacaq

Sabah Bakının mərkəzində yürüş olacaq
  10 May 2014    Oxunub:1224
Sabah Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə Azərbaycanın hərbi təhsil müəssisələrinin kursantlarının Bakının mərkəzi hissəsində yürüşü olacaq.

AzVision.az xəbər verir ki, səhər saatlarında başlanacaq yürüşdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin və Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzinin kursantları iştirak edəcəklər.

Kursantlar hərbi marşla mərkəzi küçələrdən keçəcəklər. (apa)


Teqlər:  





Xəbər lenti