Yeni telekanal fəaliyyətə başladı - FOTOLAR

Yeni telekanal fəaliyyətə başladı - FOTOLAR
  10 May 2014    Oxunub:1483
Bu gündən etibarən ölkənin 10-cu müstəqil telekanalı Region TV ümumrespublika yayımına start verdi.
AzVision.az xəbər verir ki, Heydər Əliyevin doğum gününə təsadüf edən ölkənin ilk teleşəbəkəsinin açılışı Bakı vaxtı ilə saat 07:00-da baş tutub.

Hazırda Region TV-ni açıq - rəqəmsal yayımda Bakı və Abşeron yarımadasında izləmək mümkündür. Eyni zamanda KTV, Ailə TV, ATV+ kabel operatorlarında telekanalın yayımı həyata keçirilir.

"Region TV" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azəbaycanda ilk televiziya şəbəkəsidir.

Telekanalda Azərbaycanın bir çox məşhur jurnalistləri fəaliyyət göstərəcək.

Region TV"-nin TTV-dəki studiyasından fotoları təqdim edirik:

Sevinc Iltifatqızı

Qalereya




Teqlər:  





Xəbər lenti