Sabah abituriyentlər imtahan verəcək

Sabah abituriyentlər imtahan verəcək
  10 May 2014    Oxunub:1245
TQDK sabah II və III ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları ) üçün qəbul imtahanı keçirəcək.
Təbələ Qəbulu üzrə Dövlət Komissiyasından AzVision.az-a verilən məlumata görə, may ayının 11-də 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.

2014-2015-ci tədris ili üçün ali və tam orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul olmaq üçün 97 321 nəfər abituriyent sənəd verib. Abituriyentlərin 88 559-u Azərbaycan, 8762-si isə rus bölməsinin məzunudur. Abituriyentlərin 23 475-i II, 26 167-si III ixtisas qrupuna sənəd verib.

İmtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 33 binada keçiriləcək.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

TQDK-dan bildiriblər ki, imtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün saat 16:00-da «Space» telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti