Belə ki, “ASAN Könüllüləri” Gənclər Təşkilatının üzvləri Fərid Sadıxlı və Məhəmməd İbrahimov Azərbaycanın ən yüksək yaşayış məntəqəsi olan Xınalıq kəndindən piyada start götürərək, 3751 metr hündürlükdə yerləşən Heydər Əliyev zirvəsini fəth ediblər. Könüllülər Milli Liderə gənclərin böyük ehtiramının əlaməti kimi “ASAN Könüllüləri" Gənclər Təşkilatının və "ASAN xidmət”-in bayraqlarını bu zirvədə dalğalandırıblar.
“ASAN Könüllüləri” Gənclər Təşkilatı bundan sonra da Milli Lider Heydər Əliyevi anma münasibəti ilə müxtəlif maraqlı tədbirlər keçirməyi planlaşdırır.