Fransadan Bakıya avtobuslar gətirilir

Fransadan Bakıya avtobuslar gətirilir
  10 May 2014    Oxunub:1088
Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə Bakıya Fransadan dünyanın ən müasir, gözəl avtobusları gətiriləcək.

Gələn ilin mayına qədər bu avtobusların şəhərin mərkəzi küçələrində xəttə buraxılması nəzərdə tutulur”.

Bunu APA-ya açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov deyib.

H. Abutalıbov bildirib ki, Fransa prezidentinin mayın 11-12-də Azərbaycana baş tutacaq səfəri çərçivəsində bununla bağlı müqavilə imzalanacaq.

Bakı meri qeyd edib ki, Bakının bütün ərazisində həmin avtobuslardan istifadə olunması nəzərdə tutulur: “Çünki çox rahatdır. Hətta əlillərin istifadəsi üçün də şərait var. Gediş haqqı tam avtomat şəraitində ödəniləcək, pul birbaşa banka köçürüləcək”.



Teqlər:  



Xəbər lenti