“Eurovision 2014”ün qalibi transseksual oldu

“Eurovision 2014”ün qalibi transseksual oldu
  11 May 2014    Oxunub:1280
Mayın 10-da Danimarkanın paytaxtı Kopenhagendə “Eurovision-2014” mahnı müsabiqəsinin final mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, 26 ölkənin arasında keçirilən yarışın qalibi 290 səslə Avstriya təmsilçisi Conçita Vurst (Conchita Wurst ) olub. Ölkəsində müxtəlif müsabiqələrin qalibi olan Conçita bu ilki “Eurovision”-da yarışan yeganə transivist iştirakçıdır.

Azərbaycanı təmsilçisi Dilarə Kazımova isə finalda 3-cü nömrə altında “Start a fire” mahnısı ilə səhnəyə çıxıb. D.Kazımova yarışmanı 33 səslə 22 yerdə bitirib. O, bu xalla ilk onluğa düşə bilməyib.

Azərbaycana 12 xalı San - Marino, 10 xalı Rusiya verib. Digər səslər isə müxtəlif ölkələrdən smslə göndərilib.

Azərbaycan isə 8 xalını Macarıstana, 10 - Ukraynaya, 12-i xalını isə Rusiya verib.




Sevinc


Teqlər:





Xəbər lenti