Millimiz Şimali Makedoniyaya qalib gəldi - Yenilənib

 Millimiz Şimali Makedoniyaya qalib gəldi -  Yenilənib
  20 Noyabr 2022    Oxunub:1242
Bu gün milli komandamız növbəti yoxlama oyununa çıxıb.
AzVision.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız səfərdə Şimali Makedoniya ilə qarşılaşıb və 3:1 hesabı ilə qalib gəlib. Bu, Millətlər Liqası və yoxlama oyunları da daxil olmaqla milli komandamızın ardıcıl 5-ci qələbəsi olub.

Qeyd edək ki, millimiz bir neçə gün əvvəl səfərdə Moldova ilə yoxlama matçında qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

20 noyabr

Yoldaşlıq oyunu

17:00. Şimali Makedoniya - Azəraycan - 1:3

Qol: Bardhi, 25 (1:0), Elvin Cəfərquliyev, 38 (1:1), Musa Qurbanlı, 65 (1:2), Ramil Şeydayev, 89 (1:3)

Qırmızı vərəqələr: Boban Nikolov, 52-iki sarı vərəqə (Şimali Makedoniya), Höccət Haqverdi, 75 (Azərbaycan)

Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari, Yovan Kaçevski (hamısı Albaniya)

Skopye, “Todor Proeski Milli Arena”sı
AzVision.az


Teqlər:





Xəbər lenti