Bakıda hərəkət iflic oldu

Bakıda hərəkət iflic oldu
  11 May 2014    Oxunub:1103
Bakının bir neçə mərkəzi prospekt və küçələrində nəqliyyat vasitlərinin hərəkəti iflic olub.

AzVision.az xəbər verir ki, paytaxtın mərkəzində yerləşən Rəşid Behbudov, 28 May və Səməd Vurğun küçələrində hazırda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Nəticədə şəhərin mərkəzində yerləşən küçə və prospektlərdə uzun tıxaçlar yaranıb. Sürücülər isə alternativ yollardan istifadə ilə bağlı onlara xəbərdarlıq edilmədiyindən şikayətlənirlər.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov açıqlamasında Fransa prezidenti Fransua Ollandın Bakıya gəlişi ilə əlaqədar olaraq bəzi yollarda avtomobillərin hərəkətinin məhdudlaşdırılacağını söyləyib:
"Şəhər istiqamətində Aeroport şosesi, Heydər Əliyev prospekti, Yusif Səfərov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Neftçilər və Nobel prospekti və həmin marşurutla İçərişəhər istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. May ayının 12-də isə Aeroport şosesi ilə Buzovna, Mərdəkan istiqaməti və digər tədbirlərin keçirildiyi tədbirlərin istiqaməti üzrə fasilələrlə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Avtomobillərin hərəkəti başqa istiqamətlərə yönəldiləcək".

Qeyd edək ki, Fransa prezidenti Fransua Olland 11 may tarixində Azərbaycan səfər edəcək. Ollandın səfəri çərçivəsində siyasi, iqtisadi və mədəni sahədə bir çox məsələlər müzakirə olunacaq. Fransa prezidentin Bakıdan başlayan səfəri İrəvana, ordan da Tiflis şəhərinə yollanacaq. (anspress)


Teqlər:  





Xəbər lenti