65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı

65 nəfər gəlmədi, 1 nəfərsə imtahandan uzaqlaşdırıldı
  11 May 2014    Oxunub:842
Bu gün 2014/2015-ci tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib.AzVision.az-ın məlumatına görə imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində baş tutub.

Şəki üzrə keçirilən imtahanda Şəki ilə yanaşı, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayonlarından da abituriyentlər iştirak edib. İmtahanın keçirilməsi üçün 2 məktəb binasında 47 zal təşkil edilib. İmtahanda 10 imtahan rəhbəri və 103 nəzarətçi iştirak edib. Əvvəlki illərin məzunlarından II və III ixtisas qrupları üzrə 1000 nəfər ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd verib. Onlardan 65 nəfəri imtahanda iştirak etməyib. 1 nəfərsə qaydaları pozduğuna görə imtahandan uzaqlaşdırılıb. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayıb və 3 saat ərzində davam edib. Bu müddət ərzində abituriyentlər öz bilik və bacarıqlarını nümayiş etdirib, tələbə adı uğrunda mübarizə aparıblar.


Teqlər:





Xəbər lenti