ABŞ Dağlıq Qarabağ probleminin həllində fəallaşıb

ABŞ Dağlıq Qarabağ probleminin həllində fəallaşıb
  11 May 2014    Oxunub:881
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli mövzusunda aktiv mərhələyə girib. Bunu erməni politoloq Manvel Sarkisyan bildirib. Onun sözlərinə görə, bu, geopolitik əhəmiyyət daşıyır: “Krım problemi Dağlıq Qarabağ məsələsinin həllinin vacibliyini artırır”. ABŞ tərəfi xüsusilə, ATƏT-in Minsk Qrupunun Amerikalı həmsədri Ceyms Uorlikin şəxsən bunu təsdiq etdiyini bildirən Sarkisyan bunları deyib: "Bunun nə məna ifadə etməsi öz işləridir, ancaq son aylarda amerikalıların aktivliyi olduqca aşkar görünür. Amerika tərəfi həqiqətən Dağlıq Qarabağ məsələsinin həllində üç ekvivalent ola biləcək alternativ təqdim etmiş vəziyyətdədir ( müzakirələr , davamlı və qəbul edilə bilməz status-kvo və ya döyüş ). Bir az fərqli təkliflər söyləyə bilərdilər. Məsələn qarşılıqlı güzəştə və ya müharibə, görünür daha geniş imkanların seçilməsinə üstünlük verilir". Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin, Dağlıq Qarabağ probleminin həllinə istiqamətini açıqlamasını tənqid edənlərə ABŞ-ın İrəvan səfirliyi Tvitterdə bunları yazmışdı: “Üç çıxış var: Müzakirələr vasitəsilə həll , davamlı və qəbuledilə bilməz status-kvo və ya müharibə. Dağlıq Qarabağ üçün sülhü seçin”. (axar.az)


Teqlər:





Xəbər lenti