Nigeriyada üç avtobus toqquşub: 37 ölü

Nigeriyada üç avtobus toqquşub:    37 ölü
  23 Noyabr 2022    Oxunub:245
Nigeriyanın şimal-şərqindəki Borno ştatında üç avtobusun toqquşması nəticəsində azı 37 nəfər həlak olub.
Bu barədə “Agence France-Presse” nəşri hakimiyyət orqanlarına istinadən məlumat yayıb. Qeyd olunub ki, qəza Mayduquri şəhəri yaxınlığında baş verib. Belə ki, iki avtobus toqquşduqdan sonra yanmağa başlayıb.

Daha sonra üçuncü avtobusun sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsini yanan avtobuslara çırpıb. Qəzaya səbəb kimi avtobuslardan birində təkərin partlaması və sürət həddinin düzgün seçilməməsi göstərilib.

AzVision.az

Teqlər:







Xəbər lenti