Kolleclərə sənəd qəbulu başladı

Kolleclərə sənəd qəbulu başladı
  12 May 2014    Oxunub:1085
Bu gündən etibarən ümumi təhsil bazasında (9 illik) kolleclərə sənəd vermək istəyən abituriyentlərin sənəd qəbulu başlayıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə,
ümumi təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu mayın 12-də başlayıb və iyunun 12-dək davam edəcək.

Ərizə vermək istəyən abituriyentlər mayın 12-dən etibarən TQDK-nın internet saytının müvafiq bölməsinə https://azvision.az/redirect.php?url=http://eservices.tqdk.gov.az/erizetex/ daxil olub şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və pin kodundan istifadə etməklə qeydiyyatdan keçir , iş nömrəsi və şifr əldə edirlər. Sonra həmin iş nömrəsi və şifrdən istifadə etməklə “Abituriyentin elektron ərizəsi” ni doldurur və elektron ərizələrinin təsdiqini təmin edirlər.

Azərbaycan Respublikasının orta məktəblərində 9-cu sinfi 2013 və 2014-cü illərdə bitirən abituriyentlər elektron ərizələrini “Təsdiq et” düyməsini basmaqla özləri təsdiq edirlər.

Digər abituriyentlər isə elektron ərizələrini Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirməlidirlər. Elektron ərizələrini SQK-larda təsdiq etdirməli olan abituriyentlər SQK-ya aşağıdakı sənədləri təqdim edirlər:

1. internet vasitəsilə qeydiyyatdan keçərkən əldə etdikləri iş nömrəsi və şifrini;
2.ümumi orta təhsil haqqında sənədin (şəhadətnamənin) əslini;
3.şəxsiyyəti təsdiq edən sənədin əslini:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər şəxsi pasportları və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün verilən icazə vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

4.16 yaşı mayın 12-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan sənədlərlə yanaşı təhsil aldıqları müəssisədən fotoşəkli olan arayışı (Əlavə 1)* və yeni çəkilmiş 3x4 sm ölçüdə 1 ədəd fotoşəkli.
Qeyd: SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək bu ünvanlarda fəaliyyət göstərəcəklər:
1. Nərimanov r-nu, 36 nömrəli tam orta məktəb
(Bakı ş., Ak. Həsən Əliyev küç., 45)
2. TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);
3. TQDK-nın Gəncə Regional Bölməsi
(Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);
4. TQDK-nın Lənkəran Regional Bölməsi
(Lənkəran ş., H.Aslanov xiyabanı 52);
5. TQDK-nın Şəki Regional Bölməsi
(Şəki ş., M.Rəsulzadə prospekti, 182);
6. TQDK-nın Şirvan Regional Bölməsi
(Şirvan ş., Rəsulzadə küçəsi, 19);
7. TQDK-nın Göyçay Regional Bölməsi
(Göyçay ş., Rauf İsayev küçəsi, 43);
8. TQDK-nın Ağcabədi Regional Bölməsi
(Ağcabədi ş., Faiq Əlizadə küçəsi, 1)
9. Xaçmaz şəhər 1 nömrəli tam orta məktəb
(Xaçmaz ş., H.Z.Tağıyev küç., 9).

Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulla bağlı daha ətraflı məlumatlar 3 saylı “Abituriyent” jurnalında təqdim olunub.


Teqlər:  





Xəbər lenti