Ollanda görə hərəkət məhdudlaşdırıldı- Siyahı

Ollanda görə hərəkət məhdudlaşdırıldı- Siyahı
  12 May 2014    Oxunub:941
Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri ilə əlaqədar Bakıda bir sıra küçə və prospektlərdə hərəkət məhdudlaşdırılacaq.

AzVision.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Fransa prezidentinin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mayın 12-i saat 16:00-dək paytaxtın bəzi küçə və prospektləri istiqamətində avtomobillərin hərəkətinə müəyyən fasilələrlə məhdudiyyət qoyulacaq.

Mərdəkan, Buzovna, Zuğulba istiqaməti, Parlament prospekti, Heydər Əliyev prospekti istiqamətində avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı yol polisi bunları nəzərə alaraq, əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edir ki, bu istiqamətlər üzrə hərəkət edərkən ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.



Teqlər:





Xəbər lenti