Şikayətçi abituriyentlər üçün komissiya yaradıldı

Şikayətçi abituriyentlər üçün komissiya yaradıldı
  12 May 2014    Oxunub:1083
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) test suallarının məzmunu ilə bağlı appelyasiya komissiyası yaradıb.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 11-də 2-ci və 3-cü ixtisas qrupları üzrə əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında abituriyentlərə təqdim olunmuş test suallarının məzmunu ilə bağlı appelyasiya komissiyası yaradılıb.

Appelyasiya komissiyası mayın 12-də saat 10-dan 17-dək fəaliyyət göstərəcək.

Sevinc İltifatqızı


Teqlər:



Xəbər lenti