Vahid Mustafayev nazirliyi məhkəməyə verdi

Vahid Mustafayev nazirliyi məhkəməyə verdi
  12 May 2014    Oxunub:3097
Vahid Mustafayevin sahibi olduğu üç şirkət Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentini məhkəməyə verib.
AzVision.az-ın “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, bunlar “ANS Press Nəşriyyatı Evi” MMC, “ANS Kommers” şirkəti və “Bakı Film” MMC-dir.

Hər üç şirkət ayrı-ayrılıqda 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin tərtib etdiyi müvafiq aktların etibarsız hesab edilməsi barədə qərar verilməsini xahiş edib. Belə ki, Departament “ANS Press Nəşriyyatı Evi” MMC, “ANS Kommers” şirkəti və “Bakı Film” MMC-ni cərimələyib.


Teqlər:





Xəbər lenti