İlham Əliyev: `Azərbaycan buna imkan verməyəcək`

İlham Əliyev: `Azərbaycan buna imkan verməyəcək`
  12 May 2014    Oxunub:905
“Biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər bir dəfə öz müqəddəratlarını təyin ediblər”

AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu Fransa prezidenti ilə keçirdiyi birgə mətbuat konfransında Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki ki, məsləhətləşmələr ölkələr arasında siyasi əlaqələri gücləndirir: “Son iki il ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasında Fransa ilə əməkdaşlıq edib. Bizim bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür”.

Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olduğunu söyləyən prezident İlham Əliyev BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: “Avropa Şurası və digər beynəlxalq qurumlar da sənədlər qəbul edib, ancaq işğal davam edir. ATƏT-in faktaraşdırıcı missiyasının iki səfərinin də yekununda bildirilib ki, həmin ərazilərdə yaşayış məntəqələri, abidələr dağıdılıb. Biz öz müqəddəratını təyinetmə prinsipinə hörmətlə yanaşırıq, ancaq ermənilər bir dəfə müqəddəratlarını təyin ediblər. Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək. İnanıram ki, Fransa və Minsk Qrupunun digər həmsədrləri münaqişənin həlli ilə bağlı səylərini davam etdirəcək və münaqişə tezliklə həll olunacaq, insanlarımız torpaqlarına qayıdacaqlar”.

Fransa prezidenti F. Olland isə müəyyən məsələlərin hələ də münaqişənin həllinə imkan vermədiyini vurğulayıb: “Azərbaycan və Ermənistana səfərim bu münaqişənin həlli yolunda səylərdir. Fransanın Azərbaycan və Ermənistanla dostluq əlaqələri var, biz ikisindən birini seçə bilmərik. Azərbaycan və Ermənistan prezidentlərini görüşdürməklə münaqişənin həllinə yenidən baxmağı təklif etdik. Fransa daim münaqişənin həlli ilə bağlı təşəbbüslərlə çıxış edib. Biz Ukrayna məsələsini də qeyd edirik, prinsiplər vahid olmalıdır. Qarşıdakı günlərdə Ukrayna böhranı ilə bağlı qəti qərar qəbul edəcəyik”.

Həmçinin, Fransa prezidenti Fransua Olland və Azərbaycan prezidenti İlham Əliyev “Frans-Press” agentliyinin Leyla Yunus və Rauf Mirqədirovla bağlı sualı cavablandırıblar.

Fransa prezidenti bildirib ki, həmişə görüşlərində insan hüquqları məsələsinə də toxunur.

F. Olland deyib ki, prezident İlham Əliyevlə görüşündə yaxşı münasibətləri qorumaq üçün bütün məsələlər barədə müzakirə aparıblar.

Prezident İlham Əliyev bildirib ki, insan hüquqları ilə bağlı Azərbaycanda vəziyyət müsbətdir, heç kim siyasi baxışlarına görə təqib edilmir: “Azərbaycanda internetə qadağa yoxdur, əhalinin 70 faizi internetdən istifadə edir. Azərbaycan müasir demokratik inkişaf yolunu seçib. Fransa ilə Azərbaycan əlaqələri də çoxşaxəlidir”.

Qeyd edək ki, “Frans-Press” agentliyi prezidentlərin görüşündə Leyla Yunus və Rauf Mirqədirovla bağlı məsələnin müzakirə olunub-olunmadığı, bu şəxslərlə bağlı hansı qərara gəlindiyi ilə bağlı sual ünvanlayıb.


Teqlər:  





Xəbər lenti