“Çırpınırdın Qara Dəniz” 70 il gizlədilib - SƏFİRLİKDƏN BƏYANAT

“Çırpınırdın Qara Dəniz” 70 il gizlədilib - SƏFİRLİKDƏN BƏYANAT
  12 May 2014    Oxunub:3303
Azərbaycanın Türkiyədəki Səfirliyi “Sabah” qəzetinin “Çırpınırdın Qara Dəniz” mahnısının erməni şairə məxsus olması ilə bağlı iddialarına bəyanatla cavab verib.

Səfirlikdən AzVision.az-a göndərilən bəyanatı təqdim edirik:

-Əvvəlcə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin verdiyi məlumatlara istinad edərək bildirmək istəyirik ki, “Çırpınırdın Qara Dəniz” adlı mahnının sözlərini 1914-cü ildə məşhur Azərbaycan şairi Əhməd Cavad Gəncə şəhərində, musiqisini isə 1918-ci ildə dünyaca məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli tərəfindən yazılıb.

Şeirdən də görünür ki, bu əsər “Türkün Şanlı Bayrağı”na həsr edilib. Mahnını 1918-ci ildə dünyada məşhur Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli Qafqaz İslam Ordusunun Azərbaycanı xilas etməsi şərəfinə bəstələyib.

1920-ci ildə Sovet Ordusu Azərbaycanı işğal edəndən sonra ölkəmizdə Əhməd Cavad və Üzeyir Hacıbəylinin “Türkçülük və Turançılıq”da ittiham edilməmələri üçün “Çırpınırdın Qara Dəniz” mahnısı gündəmə çıxarılmayıb, gizlədilməyə çalışılıb. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdikdən sonra, 70 il ərzində türklərə əmanət edilmiş “Çırpınırdı Qara Dəniz” mahnısı yenidən ölkəmizdə səsləndirilib.

Bu gün Türkiyədə ermənilərə xoş görünmək üçün lazımi araşdırma etmədən, kor-koranə internetdən tapılan yalan məlumatlar kopyalanaraq xəbər hazırlanması və Türkiyə-Azərbaycan qardaşlığının rəzmi halına gələn mənəviyyat yüklü “Çırpınırdın Qara Dəniz” mahnısının “ermənilərə verilməsi” qəbuledilməzdir.

Məsələ “Ədəbi və bədii əsərlərin qorunması haqqında Bern konvensiyası” və Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti Hökümətləri arasında müəllif haqları ilə bağlı imzalanan müqavilə çərçivəsində qiymətləndirilməlidir.

Eləcə də iki önəmli mənbə bizə çox söyləyir. Belə ki, 1982-ci ildə “Sovetskiy pisatel” nəşrlər evinin çap etdiyi “Sayat Nova Şeirləri” kitabında “Çırpınırdın Qara Dəniz” şeiri yoxdur. İkinci isə, 1941-ci ildə Y.T.Palyan tərəfindən İzmirdə çap edilən Mamuryan çap evinin “Erməni aşıqları” adlı kitabında erməni yazıçı və elm adamı M.Nalbandyan bildirir ki, erməni aşıqları öz mahnılarında azərbaycanlılara istinad edirlər:

“Erməni aşıqlarını sadəcə erməni ailələrində doğulduqları üçün erməni saya bilərik. Onlar həmişə Azərbaycan ustadlarının əsərlərinə istinad ediblər. İstifadə etdikləri musiqi alətlərinin hamısı saz, tar, kamança, bağlamalar türklərə aiddir”.



Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti