Azadlıq prospektində yollar bağlanır

Azadlıq prospektində yollar bağlanır
  12 May 2014    Oxunub:985
Bakının Azadlıq prospektində hərəkət məhdudlaşdırılacaq.

"Azəryolservis" ASC-dən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Azadlıq prospektində nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərə alternativ olaraq Səməd Vurğun küçəsindən istifadə etmələri tövsiyə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti