Ermənilər Kürü zəhərləyir - Nazirlik
Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 5.7, Ağstafaçayda 4.3, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.
May ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 3, I Şahsevəndə 2.8, Bəhramtəpədə isə 2 dəfə YVQH-ni keçib.
Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.
Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-7.80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.
AzVision.az