Olland Bakıdan İrəvana getdi

Olland Bakıdan İrəvana getdi
  12 May 2014    Oxunub:1027
Fransa Respublikasının Prezidenti Fransua Ollandın Azərbaycan Respublikasına rəsmi səfəri başa çatıb.

AzVision.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fransa Respublikasının Prezidenti Fransua Ollandı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər yola salıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti