Gənc yazar və ictimai xadimlər diplomlarla təltif olundu

  12 May 2014    Oxunub : 650
Gənc yazar və ictimai xadimlər diplomlarla təltif olundu
"Gəncliyin Elmi-Mədəni İnkişafı" İctimai Birliyi (GEMİ) mayın 10-da Ümummilli Lider Heydər Əliyevin 91-ci il dönümü münasibəti ilə "Gənclər və Uğurlar" adlı tədbirdə Gənclərin ictimai fəaliyyəti ilə əlaqədar təltifetmə mərasimi təşkil etdi.

Tədbir çərçivəsində son illərdə fərqlənən gənc yazıçılara, jurnalistlərə, eləcə də gənclərin inkişafına və maariflənməsinə dəstək verən qurumların nümayəndələrinə diplomlar təqdim edildi. Tədbirdə tanınmış ictimai xadimlər və KİV nümayəndələri də iştirak edirdilər.

GEMİ sədri Sərdar Yusifoğlu və gənc fəal Rövşən Nəcəfovun aparıcılığı ilə baş tutan tədbirdə gənc yazarlar Cavid Zeynallı, Rüfət Əhmədzadə, Oktay Hacımusalı, Elnur Eltürk, Elmin Nuri, Aytən Cavanşir, Gülnar Əhməd, Gülnarə İlham, Fatimə Kərimli, Günel Əbilova, Günel Xəzəl, Elçin Əfəndi, Fuad Hüseynzadə, Günel Eyvazlı, Vaqif Hüseynov, Mehman Həsən, Elşən Gəncəvi, Nicat Müslümov, Gülnar Əmiraslanova, "İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı, "Yeni Nəfəs" Hərəkatının sədri Seymur Həsənli, OTV-nin rəhbəri Vaqif Hüseynov və bir sıra fəal gənclərə diplomlar təqdim edildi.

"Gənclərin dostu" kimi dövlət qurumlarında gənclər sektoruna dəstək verən şəxslər kimi Fuad Babayev, Orxan Ərəbov və Vüsal Quliyev də xüsusi plaketlərlə təltif olundular. Həmçinin mütaliənin təbliğinə görə Kitabevim.Az mağazası da mükafata layiq görülüb.

AzVision.az

Teqlər: