İranın Azərbaycan tərxibatı - səbəb nədir? - İDDİA

İranın Azərbaycan tərxibatı - səbəb nədir? - İDDİA
  13 May 2014    Oxunub:887
Xəbər verdiyimiz kimi, “Cəm Cəm” adlı İran qəzeti Çempionlar Liqası yarımfinal mərhələsinin ilk görüşündə “Atletiko” - “Çelsi” matçı barədə verdiyi xəbərdə Azərbaycana qarşı böyük hörmətsizliyə yol verib.

Belə ki, adı çəkilən qəzet xəbərdə yer alan fotoda “Atletiko”lu futbolçuların formalarında olan “Land of fire Azerbaijan” yazısı silinib. İran mətbuatının Azərbaycana qarşı bur sayğısızlığı sosial şəbəkələrdə ciddi etiraza səbəb olub.

Türkiyə mətbuatı yenidən bu məsələyə qayıdaraq İran qəzetinin qeyri-etik davranışı pisləyib. AzVision.az-ın verdiyi xəbərə görə, türk mediası İranın bu sayğısızlığının Azərbaycan-İsrail münasibətləri ilə bağlı olduğunu qeyd edib.

Türkiyə mətbuatı iddia edir ki, İranla Azərbaycan arasında yaranan bu qalmaqalın əsl səbəbi rəsmi Bakı ilə İsrail arasında inkişaf edən dostluq və ikitərəfli əməkdaşlıq əlaqələridir.

Qeyd edilir ki, Bu dostluğu qəbul etməyən İran KİV-ləri dünyaca məşhur bir komandanın formasında Azərbaycan adını silməklə öz mövqeyini ortaya qoydu.

Anar Rüstəmov


Teqlər:  





Xəbər lenti