Şeyx dindarlar üçün kurs açdı

Şeyx dindarlar üçün kurs açdı
  13 May 2014    Oxunub:900
Bu gün Qafqaz Müsəlmaları İdarəsində (QMİ) Din xadimlərinin təkmilləşdirmə kursunun açılış mərasimi keçirilib.
AzVision.az xəbər verir ki, din xadimlərinin təkmilləşdirmə kursları QMİ-inin təşkilatçılığı ilə həyata keçiriləcək. Açılış mərasimində QMİ sədi Şeyxülislam Allahaşükür Paşazədə, Dövlət Müşaviri Kamal Abdulla və digər din xadimləri iştirak edirlər.

Din Xadimlərinin Təkmilləşdirilməsi Kurslarının mütəmadi olaraq təşkil ediləcəyi bildirilir. Kursların təşkili üçün lazım olan bütün maddi xərcləri QMİ öz üzərinə götürüb. Təkmilləşdirmə Kurslarının keçirilmə səbəbi din xadimlərinin bilik səviyyəsinin artırılmasıdır.

Kursların sonunda din xadimlərinə sertifikatlar veriləcək. Hər kurs 1 ay müddətində davam edəcək. Kurslarda Bakı İslam Universitetinin müəllim heyəti də mühazirələr keçəcək.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti