Şeyxdən nurçu və vəhhabilərə sərt xəbərdarlıq

  13 May 2014    Oxunub : 533
Şeyxdən nurçu və vəhhabilərə sərt xəbərdarlıq
“Əgər mənim başıma da bir iş gəlsə davamçılarım bu yolu davam edəcəklər”

AzVision.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə bildirib.

Şeyxülislam qeyd edib ki, Azərbayda digər sahələr kimi din də inkişaf etməlidir:

“Əvvəla şəhid olan bütün insanlara rəhmət diləyirəm. Biz dünən Seyid Mirəzizi basdırdıq. Allah təala ona rəhmət etsin. Qazi idi. Fətva şöbəsinin rəhbəri idi. Ani oldu, dünyadan getdi. Allah təala Ulu öndərə də rəhmət etsin. Bu günlər iki Heydərin anadan olması günləridir. Bir mövlud günləri, bir də Ulu öndərin anadan olma günləridir. Allah təala onları cənnət məkan etsin. Heydər Əliyev din dövlət münasibətlərinin əsasını qoydu. Mən sevinirəm Fransa prezidentinin Azərbaycan haqqında dediklərinə. Bununla yanaşı din də inkişaf etməlidir. Bu gün din xadimlərimizdən tələbimiz ondan ibarət olmalıdır ki, Allahı, peyğəmbəri öyrənnək üçün işlər görülməlidir. Mən təkmilləşdirmə kursları barədə prezidentə məlumat verdim. O da bunu alqışladı. Bu gün Kamal müəllimin burda olması bizə olan diqqətin nəticəsidir”.

QMİ sədri daha sonra Suriya məsələsinə toxunub.

“Bu gün öz torpaqlarımızn qeyrətini çəkməkdənsə bir Şuşalının gedib Suriyada döyüşməsi nə qədər məntiqə uyğun ola bilər? Yaxud ordan qayıdanda dini ayrı seçkilik salması nə dərəcədə düzgündür? Biz nə üçün sünni şiə ayırmalıyıq? Bu kursların açılmasında məqsəd həm də odur ki, sünni şiə imam axundların orda oxusun. Biz özümüz də dəyişmək istəyirik. Müasir həyatla uyğunlaşmaq istəyirik. Mən istəyirəm ki, imamlarda da müasir həyata uyğunlaşsınlar. Siz elə bir İslam çatdırmalısınız ki, Allahın, peyğəmbərin dediklərinə uyğun olsun. Biz təfriqə yaratmamalıyıq. Bəlkə mənim yanına gündə nə qədər adam gəlib müraciət edir. Analar deyir ki, qaytar oğlumu. Ana deyir ki, ölüsünü qaytar. Gör ana o dərəcəyə çatıb ki oğlunun ölüsünü qaytarmağı istəyir. Bəziləri bundan narahat olurlar”-deyə QMİ sədri qeyd edib.

A.Paşazadə çıxışında həmçinin bəzi dini cərəyanlara xəbərdarlıq edərək onlara qarşı mübarizə aparılacağını diqqətə çatdırıb.

“Mən öz dövlətimdən danışıram Azərbaycan dövləti ndə hansısa cərəyanlar dindən ekstremist şəkildə istifadə edirsə, biz ruhani idarəsi olaraq onlara qarşı mübarizə aparmalıyıq. Əgər mənim başıma da bir iş gəlsə davamçılarım bu yolu davam edəcəklər”.

Fatimə Kərimli

Teqlər: