Prezident təqaüdçüsü olan gənclərin forumu keçirilib

Prezident təqaüdçüsü olan gənclərin forumu keçirilib
  13 May 2014    Oxunub:1056
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tələbələrin şəbəkələşməsi və onların dövlət gənclər siyasətinə öz töhfələrini verməsini stimullaşdırmaq üçün Azərbaycan Prezidenti yanında Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə "Prezident təqaüdçüsü gənclərin I Forumu"nu keçirib.
Forumun əsas məqsədi prezident təqaüdçüsü gənclərin təhsildəki rolunu müzakirə etmək, onların təhsil və dövlət gənclər siyasətində rollarını müəyyənləşdirməkdir.

Forumun açılışında ATGTİ-nin sədri Şahin İsmayilov, Gənclər və İdman nazirliyinin tələbə və tələbə təşkilatları ilə iş sektorunun müdiri Elşən Hüseynov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev və Gənclər Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov iştirak edib.

Forumda I, II, III, və IV kurs tələbələri olan və Prezident təqaüdlərini saxlayan 100-dən çox tələbə iştirak edib.

Forumda müxtəlif təhsil müəssisələrində təhsil alan tələbələr iki panel ətrafında müzakirə aparıblar. Birinci panelə Azərbaycan Dillər Universitetinin dekanı Əfqan Abdullayev, ikinci panelə isə ATGTİ-nin icraçı direktoru Şəmsi Gülverdi moderatorluq edirdi. Forumun birinci mərhələsində ayrılıqda aparılan müzakirələrin nəticələri, ikinci mərhələdə ümumiləşdirilib və Prezident Təqaüdçüsü Gənclərin I Forumunun yekun nəticələri qəbul olunub.

Forumun nəticəsi olaraq tələbələr ATGTİ çərçivəsində Prezident Təqaüdçüsü Gənclərin klubunun yaradılması üçün 7 müxtəlif təhsil müəssisəsindən olan 7 tələbədən ibarət işçi qrup yaradılıb. Forum tərəfindən işçi qrupun qarşısına gələn il "Prezident Təqaüdçüsü Gənclərin II Forumu"nun keçirilməsi və müvafiq işlərin görülməsi kimi məsələlər vəzifə kimi qoyulub (`Trend`).


Teqlər:





Xəbər lenti