Bakı-Sumqayıt yolu bağlanır

Bakı-Sumqayıt yolu bağlanır
  13 May 2014    Oxunub:916
Bu gün axşam Bakı-Sumqayıt yolu qismən bağlanacaq.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzVision.az-a verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Bakı-Sumqayıt yolunun 6-cı kilometrindən 11-ci kilometrinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Sürücülərdən bunu nəzərə almaları tövsiyə olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti