Qəzaya düşən nazir müavini işə çıxdı - ÖZƏL

Qəzaya düşən nazir müavini işə çıxdı - ÖZƏL
  13 May 2014    Oxunub:1032
“Ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev artıq iş başındadır”.
Bunu AzVision.az-a açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə qəzaya düşən nazir müavini bu gün işə çıxıb: “Firdovsi müəllim işdədir, xəsarətləri yüngül olub, vəziyyəti yaxşıdır”.

Qeyd edək ki, ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Firdovsi Əliyev mayın 10-na keçən gecə Heydər Əliyev prospektində həyat yoldaşı Arifə Əliyeva ilə qəzaya düşüb. Qəza zamanı nazir müavini və xanımı yaralanıb.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti