Türkiyə Milli Müdafiə nazirinin Azərbaycana rəsmi səfəri təxirə salınıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Türkiyə Respublikasının Milli müdafiə naziri İsmət Yılmazın mayın 14-də Azərbaycan Respublikasına planlaşdırılan rəsmi səfəri Türkiyənin Manisa əyalətindəki Soma şəhərində yerləşən mədəndə baş vermiş faciə səbəbindən təxirə salınıb.