Ukrayna prezidenti Azərbaycana gəlir
Ukrayna prezidenti payızda Bakıya səfər edəcək. AzVision.az-ın məlumatına görə, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko Bakıda mətbuat konfransında deyib.
Mişenkonun sözlərinə görə, prezident ticarət və iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclasında iştirak edəcək.
Ukrayna səfiri o cümlədən Ərazi bütövlüyü və Krımın statusu ilə bağlı i ilə bağlı BMT qətnaməsi üzrə keçirilən səsvermədə Ukraynaya göstərdiyi dəstəyə görə, Azərbaycana öz minnətdarlığını bildirib.
Mişenko həmçinin əlavə edib ki, Ukrayna mayın 25-də keçiriləcək prezident seçkilərindən sonra Azərbaycanla əlaqələri genişləndirməyi planlaşdırır: “Ukrayna və Azərbaycan prezidentlər Şurası ölkələr arasında münasibətlərin ən yüksək səviyyədə saxlanılmasına imkan verir. Prezidentin səfəri zamanı iqtisadi və ticari əlaqələr daxil olmaqla müxtəlif sahələrdə ikitərəfli əlaqələr müzakirə ediləcək”.







Vaxtında, Aydın, Lazımlı!


