Zaur Hüseynov baş nazirə təqdimat göndərdi

Bu barədə AzVision.az-a Metropolitenin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, artıq nizamnamə hazırdır və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndərilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə fevralın 27-də “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Sərəncama əsasən, qumuna yeni nizamnaməsini hazırlayaraq Nazirlər Kabinetinə təqdim etməsi üçün 2 ay vaxt verilib.
Sevinc İltifatqızı
AzVision.az