İrəvan erməniləri dəhlizdə təxribat üçün yola çıxdılar - VİDEO

   İrəvan erməniləri dəhlizdə təxribat üçün yola çıxdılar -    VİDEO
  26 Dekabr 2022    Oxunub:1322
Xankəndi - Laçın yolunda keçirilən dinc etiraz aksiyaları 15 gündür ki, davam edir. Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə çıxan aksiya iştirakçıları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə monitorinqlərin keçirilməsini tələb edirlər.
Bu gün isə Ermənistandan olan bir qrup aktivist dəhlizdə təxribata əl atacaqlarını bəyan ediblər.

Bir qrup seperatçı Xankəndindən Laçın yoluna gəlib - VİDEO
"Factor" saytı yazır ki, irəvanlılar səhər saatlarında öz maşınları ilə Laçın dəhlizinə yola çıxıblar. Onlar hazırda sülhməramlıların aksiyaya görə bağladıqları yoldan keçmək üçün bu addımı atdıqlarını bəyan ediblər.

“Biz Gorusa gedirik ki, oradan da Qarabağa keçə bilməyən uşaqlarla görüşək. Onları şənləndirək, hədiyyələr verək. Yalnız bundan sonra nəzarət-buraxılış məntəqəsinə keçmək niyyətindəyik. Bunun üçün Ermənistan polisi və Rusiya sülhməramlıları ilə də danışıqlar aparmağa çalışacağıq”, - təxribatçı layihənin təşəbbüskarı olan Samvel Movsisyan jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Xankəndidən də bir neçə dəfə yolun bağlı qalan hissəsinə doğru oxşar təxribat yürüşləri olub.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Təxribat   Dəhliz  





Xəbər lenti