Təhsil Nazirliyindən daha bir YENİLİK

Bildirilib ki, SABAH qrupları 33 ali təhsil müəssisəsində yaradılmaqla 52 ixtisası əhatə edəcək. Hər bir ixtisasın SABAH qrupu həmin ixtisas üzrə ən yaxşı göstəricilərə malik ali təhsil müəssisəsində yerləşəcək.
Təhsil Nazirliyindən bildiriblərki, hazırda “İqtisadiyyat” ixtisası Azərbaycanın paytaxtı və bölgələrini əhatə edən 20 ali təhsil müəssisəsində tədris olunur. Bu ixtisas üzrə baza məktəb kimi Azərbaycan Dövlət İqtisad Universiteti seçilib. “İqtisadiyyat” ixtisası üzrə SABAH qrupuna düşmək üçün seçim mərhələlərinə qatılan ən yaxşı 25 tələbə seçiləcək və Azərbaycan Dövlət İqtisad Universitetinə köçürülərək təhsillərini burda davam etdirəcəklər.
Sabah qrupuna tələbələr il ərzində qiymətlərinin orta göstəricisi 61-dən aşağı olmayan I kurs tələbələri arasından seçiləcək. SABAH-a qəbul olmaq istəyən tələbə bunun üçün 3 mərhələdən keçməlidir – iyunun 12-dəkwww.sabah.edu.az saytında elektron qeydiyyata düşmək, iyulun 1-dən 15-dək 25 məntiq və 25 xarici dil olmaqla 50 sualdan ibarət “SABAH” imtahanı vermək və sonda müsahibədən keçmək. Bu mərhələləri daha yüksək nəticə ilə keçənlər SABAH qrupunun tələbələri olacaq və ikinci kursdan etibarən ixtisaslarına uyğun baza ali təhsil müəssisəsində təhsillərini davam etdirəcəklər.
SABAH qrupları seçilmiş ixtisasın ən yaxşı tələbələrinin və bu ixtisası ən keyfiyyətli tədris edən müəllimlərin görüşdüyü məkan olacaq
SABAH qrupları ali təhsil müəssisəsində yerləşən “SABAH Mərkəzi” vasitəsilə idarə olunacaq.
Mərkəzlərin işinə isə birbaşa Təhsil Nazirliyi nəzarət edəcək.
SABAH qrupunun məzunu öz ixtisasını ana dili ilə yanaşı, ingilis dilində də mükəmməl biləcək.
Qrupun fərqlənən tələbələri xarici ölkələrə təcrübəyə göndəriləcək.
Sevinc İltifatqızı
Teqlər: