Bu günə qədər 355 uşaq övladlığa verilib

O bildirib ki, onlardan 207 nəfəri bu il övladlığa verilən uşaqlardır.
V.Behbudov qeyd edib ki, bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirilib.
"Görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb. Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir".
Agentlik sədri əlavə edib ki, bu il noyabr ayının 1-dən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib: "Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır".
Aytən Zəhra
AzVision.az
Teqlər: